Bu qurumlar yoxlanılacaq
Bizi izləyin

Qırmızı.az

Bu qurumlar yoxlanılacaq

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında “2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı” müzakirə olunub.

Publika.az xəbər verir ki, strateji İnkişaf Planında nəzərdə tutulmuş əsas prioritet istiqamətlər, o cümlədən Palatanın dövlət büdcəsinin təhlili və audit funksiyalarının icrası ilə potensialının artırılması, hüquqi çərçivənin təkmilləşdirilməsi, audit standartlarının tətbiqi, insan resurslarının idarəolunması və təlim sisteminin inkişafı, kənar tərəfdaşlarla əlaqələrin yaradılması, həmçinin risklərin idarəolunması ilə bağlı məqsədlər Kollegiya üzvlərinin diqqətinə çatdırılmışdır. Qoyulmuş əsas və altməqsədlərə nail olunması istiqamətində tədbirləri əhatə edən fəaliyyət planı müxtəlif istiqamətlər üzrə ayrı-ayrılıqda müzakirə edilərək həyata keçirilməsi ilə bağlı real müddətlər müəyyənləşdirilərək “2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı” təsdiq edilib.

Kollegiyada, eyni zamanda, aşağıdakı nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub. Bunlar dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair və Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dairdir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm