Ramil Usubov sabiq rəisə vəzifə verdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov sabiq rəisə vəzifə verdi

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Sadiq Mədətov Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə müavini təyin olunub.

Qeyd edək ki, S.Mədətov uzun illər Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləyib və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bir müddət əvvəl isə o, nazirin əmri ilə işdən çıxarılaraq sərəncama göndərilib. S.Mədətovun yerinə polis polkovnik-leytenantı İlqar Rüstəmli rəis təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm