Vətənindən inciyən məşhur: “Atamın məzarına gizli gedirəm”
Bizi izləyin

İdman

Vətənindən inciyən məşhur: “Atamın məzarına gizli gedirəm”

Avroliqada "Trabzonspor"u məğlub edərək yoluna davam edən "Napoli"nin ulduzu Gökhan İnlər maraqlı açıqlamalar verib.

"Napoli"nin prezidenti Aurelio De Laurentis mətbuata verdiyi açıqlamada Gökhanı “Bizim Napolili Türkümüz” adlandırıb. Türk futbolçunun belə adlandırılmasına səbəb Mario Mattolinin rejissoru olduğu 1953-cü ildə çəkilmiş "Un Turco Napoletano" (Napolili bir Türk) filmidir.

Gökhan İnlər də ona belə xitab edilməsindən çox məmnundur.

İsveçrədə doğulan futbolçunun atası Türkiyənin Tekirdağ bölgəsindən, anası isə Samsundandır.

Əvvəllər “Beşiktaş”, “Qalatasaray”, “Fənərbağça” klublarında və Türkiyə U-21 milli komandasında baxışda olsa da, onun potensialını görən olmayıb. O, vətənində oynamağı arzulasa da, heç bir təklif almayıb. Bundan sonra o, İsveçrəyə üz tutub.

Publika.az xəbər verir ki, 30 yaşlı futbolçu “Doğan” xəbər agentliyinə müsahibə verib. O, müsahibəyə “Nə yaşadığımı insanlar bilmir, təkcə özüm bilirəm” cümləsi ilə başlayıb.

Ailəm Türkiyədə oynamağımı istəyir

İnler uzun müddət sonra ilk dəfə bir türk komandasıyla qarşı-qarşıya gəldiyini deyib:

“Bir türk komandasına qarşı oynamaq mənim üçün həqiqətən də çox özəl və duyğu dolu an idi. Trabzonda əlimizdən gələni edib, yaxşı oyun göstərdik. Bəzi qohumlarımın və yoldaşlarımın da matça gəlib məni izləmələrinə çox sevindim. Qohumlarım, ailəm məni gələcəkdə Türkiyədə oynayarkən görmək istəyirlər. Amma hədəfim indi "Napoli"də qalıb, irəli getməkdir”.

Türkiyədə diqqət mərkəzi olmağı qürurvericiydi

Trabzondakı matçdan sonra İtaliya mətbuatı İnlər üçün "Türkiyədə bir əfsanə kimi qarşılandı" başlıqlı yazı yazmışdı. Özü isə bununla bağlı belə açıqlama verib:

“Bu, məni çox qürurlanırdı. Ailəmin türk olması özəl biri olduğumu göstərir. Türkiyə və İtaliya qəzetlərindən bunları eşitdiyimə çox sevindim. Bu yerlərə gəlmək üçün çox çalışdım. Türk mətbuatı da, İtaliya mətbuatı da mənim bu səylərimin nəticəsində haralara gəldiyimi yaxşı görür. Məni işimlə ön plana çıxarmaları da qürurvericidir”.

“Atamın məzarına gizlin gedirəm”

İnler Türkiyəyə tez- tez gələ bilmədiyini də deyib:

"Türkiyəyə gəldiyim zaman ilk işim atamın Tekirdağdakı məzarını ziyarət etmək olur. Ancaq bunu gizli şəkildə edirəm. Anam İsveçrədə yaşayır, amma onun ailəsi Samsundadır. Sadəcə, İstanbul, Samsun və Tekirdağa gedirəm. Tətillərim çox azdır və bu səbəblə Türkiyədə çox ola bilmirəm.

Etiraf edim ki, türk dilində zəif bilirəm. Yalnız anamla türkcə danışa bilirəm, o da İsveçrədə olanda. Alman, ingilis, italyan, türk və fransız dillərini bilirəm. Amma doğma dilimi də unutmamağa da çalışıram. İnşallah, gələcəkdə daha çox türk dilində danışmaq fürsətim olar.

Mənə burada "Turco Napoletano" (Napolili Türk) deyirlər. O filmindəki (“Un Turco Napoletano”) məşhur aktyor Toto kimi, mən də əslində çox komik bir insanam. Klubumuzun prezidenti və baş məşqçimiz məni çox sevir və hörmət edirlər. Mən də oyunumla onlara bunun qarşılığını verirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm