Bilgi.az
Aktrisanın oğurlanan paltarı tapıldı
Los-Anceles polisi Oskar mükafatı laureatı keniyalı
aktrisa Lyupita Nionqonun mehmanxana nömrəsindən oğurlanmış mirvari
ilə bəzədilmiş paltarını tapıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, aktrisa "12
il köləlikdə" filmində ən yaxşı ikinci plan qadın roluna görə
aldığı "Oskar" mükafatının təqdimetmə mərasimində səhnəyə bu
geyimdə çıxmışdı. Calvin Klein dizayn studiyasının xüsusi sifarişlə
hazırladığı və 6 min ağ mirvari ilə bəzədilmiş geyim təxminən 150
min dollar məbləğində qiymətləndirilirdi.
Oğurlanmış paltar haqında məlumatı polisə tanınmış insanların
dedi-qodusunu toplamaqla məşğul olan TMZ saytının əməkdaşları
veriblər. Onlara zəng edən naməlum şəxs paltarı oğurladığını, lakin
geyimdə istifadə edilən mirvarilərin saxta olduğunu gördükdən sonra
onu gətirib mehmanxanaya qoyduğunu bildirib.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular