Dünya
“Dünyanın ən kasıb prezidenti” öz postunu tərk edir
Fevralın 28-də Uruqvay Prezidenti Xose Muxikanın
prezidentlik mandatı başa çatır. Ölkə konstitusiyasına əsasən, eyni
şəxs iki dəfə dalbadal prezident seçilə bilməz.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki,
Uruqvayda keçirilən prezident seçkilərində qalib gəlmiş ölkənin
keçmiş başçısı, 74 yaşlı onkoloq-həkim Tabare Vaskes 2015-ci il
martın 1-də dördillik fasilədən sonra yenidən hakimiyyətə
qayıdır.
Buna baxmayaraq, Muxika siyasi arenanı tərk etmək fikrində
deyil. Onun bundan sonra senator postunu tutacağı
bildirilir.
Xose Muxika 1960-70-ci illərdə rejimə qarşı terror, bank
qarətləri və girovlar götürmək kimi metodlarla silahlı mübarizə
aparan Tupamaros qruplaşmasının iştirakçısı kimi tanınır. O,
hökumət qüvvələri ilə toqquşmalar zamanı 6 güllə yarası alıb, əsir
götürülüb, müxtəlif işgəncələrə məruz qalıb və həyatının ümumilikdə
14 ilindən çoxunu həbsxanalarda keçirib. 1985-ci ildə siyasi
məhbusların əfv edilməsindən sonra azadlığa çıxan Muxika
hakimiyyətin zorakı metodlarla ələ keçirilməsi cəhdlərinin səhv
olduğunu etiraf edib.
Mətbuatın “dünyanın ən kasıb prezidenti” adlandırdığı Xose
Muxika şəhərkənarı sadə evdə yaşamağa, adi geyinməyə üstünlük verir
və maaşının böyük hissəsini xeyriyyəçiliyə sərf edir.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi