Misir HƏMAS-ı terrorçu təşkilat elan etdi
Bizi izləyin

Dünya

Misir HƏMAS-ı terrorçu təşkilat elan etdi

Təxirəsalınmaz işlər üzrə Qahirə məhkəməsi Fələstinin HƏMAS təşkilatını terrorçu qurum kimi tanımaq barədə qərar qəbul edib.

Publika..az-ın məlumatına görə, bu qərar yerli hüquqşünas Samir Səbrinin iddia ərizəsi əsasında qəbul edilib.

Məhkəmə qərarı HƏMAS-ın ölkə ərazisində pozuculuq fəaliyyətinə, dinc sakinlərin, hərbi qulluqçuların və polis nümayəndələrinin qətllərinə aidiyyəti olması barədə təkzibedilməz sübutlara əsaslanıb.

Xatırladaq ki, Qahirə məhkəməsi bu il yanvar ayının sonunda HƏMAS-ın hərbi cinahını - “İzzəddin əl Qəssamın briqadaları”nı terrorçu təşkilatlar siyahısına daxil edib. Bu təşkilatın silahlılarını Misir ərazisində təxribat fəaliyyətində də ittiham ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm