Qırmızı.az
Bakıda 57 dilənçi saxlanıldı
Bakı şəhər Baş Polis İdarəsi şəhərdə «avara və dilənçilik həyat tərzi keçirən» 57 nəfəri saxlayıb.
Publika.az-ın məlumatına görə, saxlanılanlar barəsində inzibati protokol tərtib edilib. Onların 28-i azyaşlıdır. Azərbaycan İnzibati Xətalar Məcəlləsinə əsasən, avaralıqla məşğul olmağa görə vətəndaşlara xəbərdarlıq edilir və ya barəsində on sutka inzibati həbs qərarı verilir.
Avaraçılıq edənlər əcnəbilərdirsə, onda ya cərimə edilir, ya ölkədən çıxarılırlar. Yetkinlik yaşına çatmayanları avaralığa cəlb etməyə görə isə, 10 manatdan 15 manatadək cərimə və ya 15 sutka inzibati həbs gözləyir.
Məcəllədə avaralığın təsnifatı belə verilib: «Bu maddədə avaralıqla məşğul olan dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür».
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye