Dünya
Yeltsin onu deyil, Putini seçdi
Boris Nemtsov 1997-ci ilin yazında, hələ 37 yaşı olarkən, Rusiya prezidenti Boris Yeltsin tərəfindən baş nazirin müavini təyin edildiyi zaman mövzular tamam fərqli idi.
Publika.az BBC-yə istinadən xəbər verir ki, 31 yaşından bəri idarə etdiyi Nijni Novqorod şəhərində uğurlu liberal iqtisadi islahatlara imza atan Nemtsov, yaşlı və yorğun Yeltsinin varisi sayılırdı. Hətta daha sonralar Yeltsinin özü də bunu etiraf etmişdi.
Ancaq 1998-ci ildə Rusiyanın yaşadığı dərin iqtisadi böhran, Nemtsov daxil olmaqla bir çox islahatçı şəxsi hökumətdən uzaqlaşdırdı. Nemtsov, qısa vaxtda yüksəlmiş olduğu baş nazirin birinci müavini vəzifəsində yalnız dörd ay qala bildi.
Daha sonra Yeltsin varis olaraq Vladimir Putini seçərkən həm Rusiyanın gedişatı, həm də Nemtsovun taleyi dəyişdi.
Keçmiş prezident Yeltsinin ən yaxın “dostlarından” biri olan Nemtsov, qısa zaman ərzində Çeçenistan müharibəsi də daxil olmaqla, bir çox mövzuda sərt tənqid etdiyi yeni prezident Putinin “siyasi düşmanına” çevrildi.
"Şəhərli" müxalifətin lideri
Putin zamanı Nemtsov, populyarlığı 2-3 faizi keçməyən siyasi partiya və blokların daxilində, daha çox Moskva və Peterburqdakı liberal orta sinifin sözçüsü olaraq müxalifliyinə davam etdi. Küçə aksiyaların da hər zaman öndəydi. Dəfələrlə həbs edilmişdi.
Yeltsinin təzyiqlərilə Putinin ilk dövrədə baş nazir təyin etdiyi, ancaq qısa aradan sonra uzaqlaşdırdığı Mixail Kasyanov və şahmat çempionu Harri Kasparovla birgə parlamentdən kənar “şəhərli” müxalifətin lideri oldu.
Amma heç bir zaman federal parlamentə daxil ola biləcək qədər səs toplaya bilmədi. 2013-cü ilin yerli seçkilərində RPR-PARNAS partiyasının siyahı üzrə lideri olaraq Yaroslavl şəhər yerli məclisinə millət vəkili seçilməsi yeganə seçki uğuru idi.
1 mart, bazar günü Moskvada Putinin Ukrayna siyasətinə etiraz etmək üçün mitinqə hazırlaşan, həftə içi metroda sərnişinlərə şəxsən vərəqə paylayan Nemtsov, bazarı görmədən məruz qaldığı silahlı hücum zamanı vəfat etdi.
İndi eyni mitinq, 55 yaşında öldürülən müxalif siyasətçi üçün “Nemtsova sayğı yürüşü” adı altında keçiriləcək.
Moskvada “Tətiyi kimlər çəkdi”dən çox, “Cinayətin arxasında kim ola bilər” sualı müzakirə edilir.
Kremlin ətrafındakı analitiklər, “Qərb ilə sanksiya və iqtisadi böhran ərəfəsində bu cinayətdən ən çox ziyan görəcək olan Rusiyanın imici və Putinin özüdür. Ortada xaricdən gələn bir provokasiya var” rəyinə malikdirlər.
Kreml, cinayəti “yüzdə-yüz provokasiya və sifariş məhsulu” olaraq gördüyünü açıqlayıb. Putinin sözçüsü Dmitri Peskov, “O, siyasi baxımdan bir təhlükə deyildi. Prezident Putinin populyarlığı yanında Nemtsov orta bir siyasi xadim idi” deyərək, oxunu Kremlə çevirənləri tənqid edib.
Sui-qəsdi araşdıran prokurorluq nümayəndəsi Vladimir Markin də, üç ehtimalın önə çıxdığını söyləyərək “xarici qüvvələrə” işarə edib. Buna görə ilk ehtimal, Rusiyadakı siyasi vəziyyəti qeyri-sabitliyə sürükləmək məqsədi daşıyan bir provokasiyadır.
İkincisi, “İslamçı ekstremistlərin mümkün izidir”. Çünki prokurorluq, Nemtsovun Charlie Hebdo hadisəsi sonrası tutduğu mövqe üzündən təhdidlərə məruz qaldığını bildirir.
Üçüncü güclü ehtimal isə Ukrayna böhranıdır. Prokurorluq sözçüsü Markin, “Münaqişədə olan tərəflər içində heç bir iqtidara tabe olmayan radikal ünsürlər və şəxslər olduğu sirr deyil,” deyib.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO