Məşhur türkiyəli yazıçı vəfat etdi
Bizi izləyin

Dünya

Məşhur türkiyəli yazıçı vəfat etdi

Uzun müddətdir ki, xəstəxanada müalicə alan Türkiyənin usta yazarı Yaşar Kamal vəfat etdi.

Axar.az-ın “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, ağ ciyər infeksiyası və ürək ritm pozuqluğu diaqnozu ilə yanvarın 14-dən İstanbul Universiteti Tibb Fakültəsi Xəstəxanasında müalicə alan usta yazar Yaşar Kamal dünyasını dəyişib. 92 yaşlı yazar həm də qələmə aldığı “İnce Memed” şedevr hekayəsi ilə oxucuların qəlbində taxt qurmuşdu. PEN Yazarlar Dərnəyinin üzvü Yaşar Kamal Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olan ilk türk yazarı idi. 17 yaşından həm də aktiv siyasi fəaliyyətlə məşğul olan ədib, ömrünün böyük hissəsini bir fikir adamı kimi siyasi münaqişələrin, savaşların aradan qalxmasına həsr etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm