Alman alimlər Qəbələdə
Bizi izləyin

İqtisadi gündəm

Alman alimlər Qəbələdə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər – Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf Qəbələdə olublar.

Fonddan bildiriblər ki, qonaqlarla görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Abil Ağasəfov bildirib ki, ölkələrimiz arasındakı iqtisadi, diplomatik münasibətlərin inkişafı elm, mədəniyyət sahəsindəki əlaqələrə də müsbət təsir edib.Azərbaycana dəfələrlə səfərə gəldiyini xatırladan Z.Hartman qeyd edib ki, alman və Azərbaycan dastanlarını araşdırarkən hər iki xalqın köklərində mədəni yaxınlığın olduğu qənaətinə gəlib, ölkəmizə etdiyi səfərlər də bunu təsdiqləyir.

Qonaqlara xatirə hədiyyələri təqdim edilib.Səfər çərçivəsində almaniyalı professorların Qəbələ şəhərindəki 2 nömrəli tam orta məktəbdə mühazirələri təşkil olunub. Onlar alman və Azərbaycan folklorundakı bənzərlik barədə məlumat verib, sualları cavablandırıblar.Qəbələnin Nic kəndindəki Alban-udin xristian icmasında görüşlər keçirən almaniyalı qonaqlar Alban-udin kilsəsində də olublar. Z.Hartman Azərbaycanın multikulturalizm və tolerantlıq baxımından nümunəvi dövlət olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm