Dünya
“Qərb Nemtsovu öldürməklə Putindən intiqam aldı”
“Avropa Birliyi Putinə qalib gələ bilmədi. İndi isə Moskvanı daxildən qarışdırmaq üçün müxalifət liderini öldürməklə Putini küncə sıxışdırmağa çalışır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Qafqaz Strateji Araşdırmalar mərkəzinin direktoru Həsən Oqtay çıxış edib. O, Kreml rəhbərliyinin hazırkı situasiyada Boris Nemtsovu öldürmək istəməsinin qeyri-mümkün olduğunu bildirib:
“Ukrayna böhranından sonra Qərbin Rusiyaya qarşı embarqolarına baxmayaraq, rus xalqının Putinə olan dəstəyi azalmaq əvəzinə artdı. Bu da Rusiya əleyhinə olan qüvvələri hərəkətə keçirdi. Nemtsov, Navalni, Limonov uzun müddətdir ki, Kremlin başını ağrıdırdı. Amma Rusiya baxımından olduqca həssas olan bir dövrdə onlara qarşı hər hansı əməliyyatın keçirilməsi mümkün deyildi”.
Politoloq Nemtsovun öldürülməsini təxribat olaraq dəyərləndirib:
“Nemtsovun Moskvanın mərkəzində öldürülməsi Rusiyada siyasi qarışıqlıq yaratmaq istəyənlərin təşkil etdiyi əməliyyatdır. Nemtsov martın 1-də keçirilməli olan “Vesna” anti-böhran marşının təşkilatçılarından biri idi. Həmin nümayiş ərəfəsində Nemtsovun öldürülməsi bunun təxribat olduğunu göstərir. AB Putinə qalib gələ bilmədi. İndi isə Moskvanı daxildən qarışdırmaq üçün müxalifət liderini öldürməklə Putini küncə sıxışdırmağa çalışır. Əgər Qərb bunu etməyibsə, dərhal situasiyanın gərginləşməsinin qarşısını almaq üçün açıqlama verməlidir. Putin isə qətlin üstünü tez bir zamanda açmalıdır. Əks halda Qərb bu qətlə görə Rusiyanı qarışdırmaqla Ukraynanın intiqamını alacaq”.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI