“Əli və Nino”nun ulduzları - FOTO
Bizi izləyin

Tabloid.az

“Əli və Nino”nun ulduzları - FOTO

Türkiyəli aktyor Halit Ərgənç Bakıdadır.

Axar.az xəbər verir ki, Sültan Süleyman obrazını canlandırmaqla şöhrət qazanan aktyor indi də “Əli və Nino” romanı əsasında çəkilən eyniadlı filmdə iştirak edir. Aktyor çəkilişlə bağlı görkəmində dəyişiklik edərək başını keçəl qırxdırıb. Filmin baş rollarını - Əli və Ninonu aktyorlar fələstinli Adam Bakri və ispaniyalı Maria Valverde canlandırır. Aktyor heyətinə həmçinin Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab və Numan Akar daxildir.

Ekran işi Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında çəkilir. Filmin icraçı prodüseri Leyla Əliyevadır. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Nilson məhçur “Qladaiator” filmində yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm