Tabloid.az
Ağaxan Abdullayev barəsində yalan xəbər yayılıb
Xalq artisti Ağaxan Abdullayevin dünyasını dəyişdiyi barədə yayılan xəbərlər yalandır.
Axar.az xəbər verir ki, muğam ustadının oğlu Hacı Minaxan (Xan Abdul) məlumatı yalanlayıb və Feysbuk istifadəçilərindən yayılan xəbərin təkziblənməsi üçün paylaşımlar edilməsini istəyib.
Feysbuk səhifəsində ustadın oğlu yazıb: "Hər şey yaxşıdır, sabah Allah qoysa, Muğam müsabiqəsində görəcəksiniz".
Muğam ustadının qardaşı oğlu Vəlixan Abdullayev də Axar.az-a açıqlamasında xəbərin yalan olduğunu, əmisinin özünü çox yaxşı hiss etdiyini bildirib. Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.
1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ