Ukrayna separatçıları hücuma hazırlaşırlar
Bizi izləyin

Dünya

Ukrayna separatçıları hücuma hazırlaşırlar

Separatçılar atəşkəsdən hökumət qoşunları üzərinə yeni hücumlar etmək məqsədilə öz qüvvələrini təkrar qruplaşdırmaq üçün ifadə edirlər.

Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andriy Lysenko deyib. Onun sözlərinə görə, separatçılar gündüz geri çəkdikləri texnikanı gecələr əvvəlki mövqelərinə gətirirlər.

O deyib ki, separatçıların Mariupol və Donetskdən şimaldakı Artyomovsk üzərinə hücuma hazırlaşdıqlarını göstərən əlamətlər var.

Lysenko deyib ki, qiyamçılar şənbə günü hökumət qoşunlarının mövqelərini 34 dəfə atəşə tutublar.

Öz növbəsində qiyamçılar bildirirlər ki, Ukrayna tərəfi son 24 saat ərzində Donetsk bölgəsini 26 dəfə atəşə tutub.

Separatçıların komandanlarından Eduard Basurin bildirib ki, onlar ağır texnikanı cəbhə xəttindən ATƏT-in müşahidəsi altında geri çəkirlər. Bununla belə, qiyamçılar öz texnikalarını çəkdikləri son məntəqəyə ATƏT nümsayəndələrini buraxmırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm