Nida.az
Əli Həsənov: “Mediadakı qərəzli informasiyalar ikitərəfli münasibətlərə zərər vurur”
"Sizi - Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçılarını və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində iştirak edən yaxın-uzaq xarici ölkələrin informasiya agentliklərinin rəhbərlərini qədim tarixi və zəngin mədəniyyətə, demokratik ənənələrə malik Azərbaycanın paytaxtında salamlayıram.
Bildiyiniz kimi, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda – qurumun IV Konqresində qəbul olunub. Qərara əsasən, AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edəcək. Azərbaycana göstərilən bu yüksək etimada görə Konqres Şurasının və üzv agentliklərin rəhbərlərinə minnətdarlığımı bildirirəm".
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurası (NACO) iclasının və AZƏRTAC-ın 95 illik yubiley mərasimində çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, həmçinin 2016-cı ildə Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş
Assambleyası Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda
Bakıda keçiriləcək OANA da UNESCO-nun qərarı ilə yaradılan nüfuzlu
beynəlxalq media qurumlarından biridir: "OANA-nın növbəti Baş
Assambleyasının Azərbaycanda keçirilməsi barədə qərar 2013-cü ilin
sentyabrında Moskva toplantısında qəbul olunub. Biz bu qərarları
Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə
artmasının, həmçinin ölkənin milli informasiya agentliyi olan
AZƏRTAC-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir
təsdiqi kimi qiymətləndiririk. Bu gün siz Bakıda Dünya Xəbər
Agentlikləri Konqresi Şurasının ikinci iclasını keçirirsiniz.
Sizin bir çoxunuz Azərbaycanda dəfələrlə olmusunuz, bəziləriniz isə ölkəmizi və şəhərimizi ilk dəfədir görürsünüz. Əminəm ki, bu səfər sizə ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaradacaq. Xanımlar və cənablar, Azərbaycan tarixən Şərq ilə Qərbin, sivilizasiyaların qovuşduğu və bütün dövrlərdə yüksək tolerantlığı, qonaqpərvərliyi ilə tanınan ölkədir. Azərbaycan həm də müsəlman Şərqində 97 il əvvəl parlamentli ilk demokratik respublikanın qurulduğu, 142 il əvvəl ilk dünyəvi teatrın, 107 il əvvəl ilk operanın yarandığı, 140 il əvvəl ilk qəzetin nəşrə, 95 il əvvəl isə ilk milli informasiya agentliyinin fəaliyyətə başladığı ölkədir. Qeyd etdiyim kimi, Azərbaycanda yaradılan demokratik respublika 1920-ci ildə Sovet imperiyasının hərbi təcavüzü nəticəsində süquta uğradı. Azərbaycan 70 il Sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Bu illərdə respublikamızın dünya informasiya məkanına birbaşa çıxış imkanları yox dərəcəsində idi. Azərbaycan öz mədəniyyətini, tarixi həqiqətlərini sərbəst şəkildə dünyaya çatdıra bilmirdi.
Bu illərdə sovet ideologiyasına uyğun jurnalistika ənənələri formalaşmışdı. Yalnız 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mediamız beynəlxalq informasiya məkanına inteqrasiya etməyə, dünyada formalaşan jurnalistika ənənələrindən bəhrələnməyə başladı, ölkədə azad media formalaşdı. Bunun üçün çox mühüm siyasi və hüquqi islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı".
Ə.Həsənov xatırladıb ki, 1998-ci ildə mətbuat üzərində senzura ləğv
edildi. Daha bir il sonra “Kütləvi İnformasiya Vasitələri haqqında”
Avropa standartlarına cavab verən Qanun qəbul olundu: "Bu
demokratik islahatlar sırasına, həmçinin mətbuatın fəaliyyətinə
nəzarət funksiyasını həyata keçirən nazirliyin ləğv olunması,
“Televiziya və radio yayımı haqqında”, “İnformasiya əldə etmək
haqqında” qanunların qəbul edilməsi və digər tədbirlər daxildir.
2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə
mindi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlanan bu
sənəddə fikir, söz və mətbuat azadlığının inkişaf etdirilməsinin
əsas müddəaları əksini tapıb.
Bütün bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühiti formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü iş aparıldığı barədə sizdə aydın təsəvvür yaransın. İndi Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Hazırda ölkə mediası tam sərbəstdir və istənilən mövzuda yaza bilir, istədiyi məsələni qaldırır, ictimai müzakirəyə çıxarır".
Ə.Həsənov daha sonra bildirib: "Təsəvvür edin ki, Azərbaycanda 5
minə yaxın KİV qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox
həftəlik və aylıq qəzet, 100-dən çox jurnal, 55 televiziya və radio
kanalı, çoxsaylı internet resursları, 20-yə yaxın informasiya
agentliyi fəaliyyət göstərir. Ölkədə internetə giriş də tam
sərbəstdir. Respublikanın ən ucqar regionunda belə həm mobil, həm
də digər internet kanallarına çıxış var. Bu, eyni zamanda,
ölkəmizdə sosial medianın əhatə dairəsinin genişlənməsinə şərait
yaradır. Yalnız Facebook istifadəçilərinin sayı 1 milyon yarıma
yaxınlaşır. Bu gün dünyada gedən qloballaşma proseslərində müasir
media qarşısında mühüm vəzifələr durur. Onlar müəyyən problemlərlə,
deyərdim ki, bəzən hətta ciddi, taleyüklü problemlərlə
qarşılaşırlar. Kəskin rəqabət gedir. Əlbəttə, media qurumları
arasında rəqabət təbiidir. Amma gərək bu rəqabət sağlam zəmin
üzərində aparılsın, dünyada qəbul edilən dəyərləri gözdən salmağa
deyil, onları daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bəzən
biz bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən
hadisələr hətta çox nüfuzlu xəbər agentlikləri tərəfindən müxtəlif
rakursda işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim
olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış və ya qərəzli
informasiya, yaxud sifariş xarakterli informasiya yol tapır. Bu isə
beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur".
Onun sözlərinə görə, müxtəlif media qurumlarının, xəbər
agentliklərinin əlbəttə, öz informasiya siyasəti var: "Bu belə də
olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi
jurnalistika üçün çox vacibdir. Biz yalnız bu halda sağlam
düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən
indi – bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq,
dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə
üzləşdiyi bir vaxtda daha vacibdir. İnsanların obyektiv informasiya
ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən
dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirmək imkanı
verir. Fikirlərimi tamamlayaraq sizə bu mötəbər iclasınızda
səmərəli dialoq, qarşıya qoyduğunuz vəzifələrin həlli yollarının
tapılmasında uğurlar arzulayıram. Hamınızı 2016-cı ilin noyabrında
Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində
görməyə şad olacağıq".
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO