Nemtsovun qətli ilə bağlı yeni versiya: qeyri-professionallar
Bizi izləyin

Dünya

Nemtsovun qətli ilə bağlı yeni versiya: qeyri-professionallar

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətli ilə bağlı yeni versiya ortaya çıxıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, istintaq siyasətçini qeyri-peşəkarlar tərəfindən öldürülməsi versiyası üzərində də işləyir.

Rusiya nəşrinə bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə bildirib. Ekspertlər müəyyən ediblər ki, Nemtsov arxadan güllələnib və altı güllədən dördü hədəfə dəyib. Onlardan biri isə ürək hissəsinə dəyib və bu, ölümcül olub.

“Kommersant” nəşrinin məlumatına görə, cinayət yerində tapılan gilizlər istintaqda müəyyən suallar doğurub. Cinayətkar 9 millimetr kalibrli patronlardan istifadə edib. Patronlar müxtəlif vaxtlarda müxtəlif zavodlar tərəfindən buraxılıb. Dörd patron 1986-cı ildə Çelyabinsk vilayətindəki Yuryuzanskim mexaniki zavodunda, digər ikisi isə 1992-ci ildə Tula patron zavodunda istehsal olunub. Ekspertlərin fikrincə, bu, onu göstərir ki, cinayətkar döyüş sursatlarının əldə edilməsi ilə bağlı problemlərlə qarşılaşıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, cinayətin qeyri-peşəkarlar tərəfindən törədildiyini ehtimal etməyə əsas verir.

Qeyd edək ki, Boris Nemtsov 27 fevralda axşam saatlarında Kremlin yaxınlığında, Böyük Moskva çayı üzərindəki körpüdən keçərkən öldürülüb.

Rusiya İstintaq Komitəsi Nemtsovun "Charlie Hebdo" jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyi, islam-ekstremizmin izləri, Ukraynadakı vəziyyət, o cümlədən Boris Nemtsovun kommersiya fəaliyyəti və ya şəxsi düşmənçilik versiyalarını nəzərdən keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm