Saakaşvili: “Məsələ praktik olaraq həll edilib“
Bizi izləyin

Dünya

Saakaşvili: “Məsələ praktik olaraq həll edilib“

ABŞ-ın Ukraynaya müdafiə silahlarını çatdırması haqqında məsələ praktik olaraq həll edilib.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti, Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Mixail Saakaşvili Ukraynanın “5 kanal”ın efirində bildirib.

“Bu məsələ, demək olar ki, 99 faiz həll edilib. Yekun qərarın nə zaman veriləcəyini bilmirəm. Ümid edirəm ki, bu, ən yaxın zaman ərzində olacaq. Çünki Ukraynanın vaxtı çox azdır”, - Saakaşvili deyib.

Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, silahların Ukraynaya çatdırılması minlərlə insanın həyatının xilası üçün ən güclü siqnal olacaq.

Qeyd edək ki, ötən ayın 27-də respublikaçı Mek Tornberri və demokrat Adam Smit ABŞ Konqresinin Nümayəndələr Palatasına Ukraynaya silah yardımını nəzərdə tutan qanun layihəsini təqdim edib. Nəzərdə tutulan silah yardımının həcmi bir milyard dollardır. Qanun layihəsinə görə, ABŞ Müdafiə Nazirliyi 30 sentyabr 2017-ci ilə kimi Ukraynaya təlim texnikası və müdafiə təyinatlı silahları vermək hüququna malik olacaq.

Müəlliflər qeyd edirlər ki, sadalanan yardımın bütün növləri “suveren ərazisinin xarici təcavüzdən müdafiəsi” üçün Ukraynaya verilməlidir.

Amma Avropanın bir çox ölkəsi, o cümlədən Almaniya, Fransa, Danimarka, Estoniya, İtaliya və Macarıstan Ukrayna silah yardımına qarşı çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm