Fridrix Naumann getdi, Müsavat pulsuz qaldı
Bizi izləyin

Nida.az

Fridrix Naumann getdi, Müsavat pulsuz qaldı

Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondu Azərbaycanda fəaliyyətini dayandırıb.


Publika.az xəbər verir ki, bu barədə fondun Azərbaycandakı nümayəndəsi Ərəstun Oruclu məlumat verib.


“15 il ərzində çalışdığım və mənim üçün çox böyük həyat, siyasət məktəbi olmuş Fridrix Naumann Fondu Azərbaycandakı 19-illik fəaliyyətinə son verdi. Auqusto Pinoçet xuntası dövründə Çilidə fəaliyyət göstərmiş fond bu gün də Əfqanıstanda, İraqda, Fələstində və Şimali Koreyada fəaliyyətini davam etdirməkdədir”, - deyə o bildirib.


Qeyd edək ki, Fridrix Nauman Fondu müstəqil, qeyri-kommersiya və dövlətin yuxarı dairələrinə aidiyyəti olmayan təşkilatdır. Fond öz fəaliyyətini demokratiyanın, liberal dəyərlərin və siyasətin inkişafına həsr edib. Sözügedən fond Almaniyada və dünyada insan azadlıqları və hüquqlarını dəstəkləyən, müdafiə edən ən böyük təşkilatlardan biri kimi tanınır.

Fondun Azərbaycandakı fəaliyyətinə dair maraqlı nüanslar da var. Belə ki, fond tərəfindən Müsavat Partiyasına maliyyə yardımı olunması haqda informasiyalar yayılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm