Mənzil bazarındakı qiymətlər bəlli oldu – Rəsmi
Bizi izləyin

Digər

Mənzil bazarındakı qiymətlər bəlli oldu – Rəsmi

Ötən il mənzil bazarında qiymətlər 10.1% artıb.

Publika.az Mərkəzi Bankın Pul İcmalına istinadən xəbər verir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10.1% və 9.1% təşkil edib.

Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14.6%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12%) müşahidə edilib. Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib.

“MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri 2% artıb. Kommersiya obyektlərinin icarə haqqı isə 11.2% azalıb. Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar 25.4% artıb. Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm