Samir Bağırovun valideynləri Bakıya köçüb - Eksklüziv
Bizi izləyin

Tabloid.az

Samir Bağırovun valideynləri Bakıya köçüb - Eksklüziv

Müğənni Samir Bağırovun Amerikada yaşayan valideynləri Bakıya köçüb.

Publika.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata əsasən, müğənninin Amerikada yaşayan anası dəfələrlə Samiri öz yanına çağırsa da, o, Azərbaycanı tərk edib getməyib.

Oriyentasiyasını gizlətməyən və bununla əlaqədar uzun illər olduğu kimi qəbul olunmadığından depressiyaya düşən Samir Bağırovu bu vəziyyətdən xilas etmək üçün bir sıra sənət dostları çalışsa da, ona kömək edə bilməyib.

Vəziyyəti belə görən valideynlər Bakıya köçərək oğullarının yanında olmağı və ona yardım etməyi çıxış yolu olaraq görüblər.

Məsələni dəqiqləşdirmək üçün müğənni Samir Bağırov ilə əlaqə saxlamağa cəhd etsək də, o, yenə də telefon zənglərini cavabsız qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm