Amerikalı səfir: “Bunu Putinin bir zəngi ilə etmək olar”
Bizi izləyin

Dünya

Amerikalı səfir: “Bunu Putinin bir zəngi ilə etmək olar”

“ABŞ-da sübutlar var ki, Putinin generalları Donbas hövzəsində müharibəyə rəhbərlik edirlər”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Cefri Payett bildirib.

“Biz bilirik ki, Rusiya ordusunun müntəzəm hərbi birləşmələri Debaltsevonun tutulmasında iştirak edib. Bu isə Minsk razılaşmalarının qüvvəyə minməsindən sonra baş verib. Rusiya dekabr ayından başlayaraq yüzlərlə ağır texnikanı Ukraynaya göndərdi və onlardan Debaltsevo hücumunda istifadə olundu. ABŞ-da sübutları var ki, Rusiya generalları Donbas hövzəsində hərbi əməliyyatlara rəhbərlik edirlər. Biz bilirik ki, Rusiya Donbasda “yer-hava” sinfindən olan raketlər və müasir elektron sistemlərindən istifadə edir”, - Cefri Payett vurğulayıb.

Səfirin sözlərinə görə, münaqişəni Putinin bir zəngi ilə dayandırmaq olar: “Bu münaqişə bir telefon zəngi ilə dayandırıla bilər. Bu, prezident Putinin zəngidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm