İdman
“Qəbələ” durdu, durdu, birdən vurdu, statistikaları alt-üst etdi
Azərbaycan Premyer Liqasının 24-cü turunda "Qəbələ"ylə qarşılaşan "Qarabağ"ın ev oyunlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Publika.az xəbər verir ki, 2014-cü il fevralın 1-də "Xəzər Lənkəran"a 0:1 hesabı ilə uduzandan sonra Ağdam təmsilçisi ardıcıl 18 ev matçında xal qazanmışdı. Uğurlu seriya "Qəbələ"yə 0:1 hesablı məğlubiyyətlə qırılıb.
Bu müddətdə 13 qələbə qazanıb, 5 heç-heçə edən Qurban Qurbanovun yetirmələri 392 gündən sonra öz meydanında xalsız qalıb. Bu da klub tarixində 3-cü göstəricinin təkrarıdır. 1992-93-cü illərdə 33, 1997-98-ci illərdə 23 ardıcıl ev oyununda uduzmayan ağdamlılar 2009-10-cu illərdə indiki kimi 18 matçlıq seriyaya imza artmışdı.
"Qarabağ"ın 6 oyunluq qələbə seriyası da qırılıb. 2014-cü il dekabrın 14-də səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzan ağdamlılar, 75 gün ərzində keçirdiyi 6 çempionat matçının hamısında qalib gəlmişdi.
Son çempionun seriyasını qıran "Qəbələ" Premyer Liqada yubiley - 100-cü qələbəsini qazanıb. Əyalət təmsilçisi çempionatda 100 və daha çox qələbə qazanan 11-ci komanda olub. Qəbələnin eyniadlı klubunadək "Neftçi" (385), "Qarabağ" (343), "Turan" (250), "Kəpəz" (239), "Bakı" (216), "İnter" (214), "Xəzər Lənkəran" (155), "Şəmkir" (132), "Viləş" (119) və AZAL (109) 100-ü arxada qoyub.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO