“Əl-Nüsra” cəbhəsi “Hizbullah” üzvlərinin olduğu avtobusu havaya uçurdu – VİDEO
Bizi izləyin

Dünya

“Əl-Nüsra” cəbhəsi “Hizbullah” üzvlərinin olduğu avtobusu havaya uçurdu – VİDEO

Suriyadakı “Əl-Nüsra” cəbhəsi paytaxt Dəməşqdə ötən günlərdə həyata keçirdiyi bir hücumun görüntülərini yayıb.

Publika.az xəbər verir ki, “Əl-Nüsra” cəbhəsi Suriya rejiminin təhlükəsiz adlandırdığı bir bölgədə “Hizbullah” təşkilatının üzvlərini hədəf almışdı.

Hücumda Livandan gəldiyi deyilən “Hizbullah” üzvlərini daşıyan avtobus “Əl-Nüsra” cəbhəsinə mənsub bir kamikadze tərəfindən havaya uçurulmuşdu. Suriya rejiminə yaxın olan mənbələrə görə “Hizbullah”ın ən azı 7 üzvü həyatını itirib. Müxalif mənbələr isə həyatını itirən “Hizbullah” üzvlərinin sayının daha çox olduğunu bildirir.

Yayılan videoda danışan “Əl-Nüsra” cəbhəsi üzvü “İlk mesajımız sizədir, ey Allahın düşmənləri, ey Həsənin ordusu (“Hizbullah”ın lideri Nəsən Nəsrullah) və Bəşər Əsəd. Dəməşqdə, Gutada, Xümsdə, Derada və Hələbdə ölüm və ağrının sizi necə tapacağını görəcəksiniz” deyir.

“Əl-Nüsra” cəbhəsinin üzvü “kafirlər və müsəlmanlar arasındakı döyüşün davam etdiyini” söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm