FİFA Rusiyanı hədələdi
Bizi izləyin

İdman

FİFA Rusiyanı hədələdi

FİFA prezidenti Yozef Blatter DÇ-2018-ə ev sahibliyi edəcək Rusiyanı hədələyib.

Publika.az xəbər verir ki, qurum rəhbəri FARE-nin (Avropada İrqçiliklə Mübarizə Şəbəkəsi) hesabatıyla tanış olub. Hesabatda azarkeşlərin ayrı-seçkiliyi ilə bağlı 200 fakt aşkarlanıb. Blatter buna kəskin reaksiya verib:

“Hesabatdan xəbərim var. Narahatam. Biz artıq maarifləndirici proqramlar hazırlamışıq. Bu özbaşınalıqların qarşısı alınmasa, cəza tətbiq etməli olacağıq”.

Hesabatda 200 insidentin son iki mövsümdə Rusiya stadionlarında və stadiondan kənarda qeydə alındığı göstərilir. Bunlardan 72-si millətçiliklə, 22-si qafqazlılarla təzyiqlə bağlıdır.

FARE-nin yekun rəyində o da göstərilir ki, indidən ciddi tədbirlər görülməsə, DÇ-2018-də Rusiyaya gələcək qonaqların təhlükəsizliyini təmin etmək çətin olacaq. Ciddi tədbirlərdən biri kimi, irqçiliyə meyl edənlərin cəzalandırılması nəzərdə tutulur. Bundan başqa, ümumilli mübarizə proqramları da tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm