Muğam Mərkəzində “İtaliyanın skripka sənəti” təqdim olunacaq
Bizi izləyin

Tabloid.az

Muğam Mərkəzində “İtaliyanın skripka sənəti” təqdim olunacaq

Martın 3-də, saat 18:30-da, Muğam Mərkəzində dünya şöhrətli skripka ustası, məşhur Stradivari, Qvarneri, Guadagnini üslubunda hazırlanan skripka alətlərinin müəllifi Klod Lebet, musiqişünas professor Maqda Pedaçe, İtaliyanın tanınmış violonçel ustası Perluici Rucero, bəstəkar və gitara ifaçısı Stefano Muskaritolo və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, pianoçu, bəstəkar Kəmalə Əlizadənin iştirakı ilə İtaliya skripka sənətinin təqdimatı olacaq.

Tədbirin təşkilatçıları Azərbaycan-İtaliya Assosiasiyası, İtaliyanın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm