Qırmızı.az
Qazaxda arvadını öldürən kişi tutuldu
Qazaxda arvadını öldürən kişi tutulub.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Publika.az-a daxil olan birgə məlumatına əsasən, Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini,
1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.
İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO