Qırmızı.az
Putinin azərbaycanlı müəllimi vəfat etdi
Moskvada tanınmış azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov dünyasını dəyişib.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov ömrünün
92-ci ilində vəfat edib.
Akademiklə vida mərasimi Rusiya paytaxtında keçirilib. Mərasimdə
Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan
Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda
doğulub. 1942-ci ildə Bakıda hərbi məktəbi bitirdikdən sonra Böyük
Vətən Müharibəsində yollanıb. 1946-cı ildə Ümumittifaq Hüquq
İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb.
1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru
olub.
Akademik Cahangir Kərimov hüquq elminin fəlsəfi problemləri,
sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub.
O, 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın
müəllifidir.
Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.(Apa)
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR