5 dəqiqəlik idman ömrü 3 il uzadır
Bizi izləyin

Sağlamlıq

5 dəqiqəlik idman ömrü 3 il uzadır

Sağlam olmaq, gənc qalmaq və uzun ömür sürmək hər kəsin arzusudur.

Bütün bunlara idmansız nail olmaq mümkünsüzdür. Ancaq vaxtın az olması, gündəlik problemlər və yorğunluq səbəbilə bir çox insan idmandan imtina edir. Əlbəttə, gündə 30-45 dəqiqəni idmana ayırmaq elə də asan deyil. Ancaq son aparılan araşdırmalar bu sahədə inqilaba səbəb oldu. Yeni araşdırmalar göstərdi ki, hətta 1 dəqiqə idman belə öz faydasını verir. Tədqiqatlar qısa və təsirli məşqlərin sağlamlıq üçün çox yararlı olduğunu göstərir.

İdmana saatlar xərcləmək məcburiyyətində deyilsiniz. Artıq “vaxtım yoxdur” bəhanəsi köməyinizə gəlməyəcək. Gündə sadəcə 7-10 dəqiqəlik məşqlərlə həyatınızı dəyişdirə bilərsiniz.

Ötən ilin may ayında elm aləmi sübut etdi ki, gündə 3 dəfə təkrarlanan və 8 dəqiqəni (1 dəqiqə asta, 6 dəqiqə sürətli və yenidən 1 dəqiqə yavaş sürətlə) keçməyən qaçış 30 dəqiqə dayanmadan qaçmaqdan daha təsirlidir. Xüsusilə də, şəkər xəstələri bu məşqi etdikdə onların insulin səviyyəsi tənzimlənir.

Yenə ötən ilin iyul ayında daha təəccüblü bir həqiqət ortaya çıxdı. Dünyanın ən nüfuzlu tibb jurnallarından olan "The Journal of the American College of Cardiology”da yer alan məqalədə idmanın müddətinin önəmli olmadığı qeyd edilib.

Belə ki, 55 min insanın iştirak etdiyi araşdırma 5-10 dəqiqəlik yüngül qaçışın ömrü uzatdığını ortaya çıxarıb. Gündə sadəcə 5 dəqiqə qaçanlar heç vaxt idman etməyənlərlə müqayisədə 3 il daha çox yaşayırlar. Belə qısa müddətli idman beyin və yaddaşa da müsbət təsir edir. Qısa müddətli məşqlər ruhi sağlamlığın da təməlini təşkil edir. İnsanın özünə güvəni artır və daha sağlam həyata addım atdığını düşünən şəxs özünü xoşbəxt hiss etməyə başlayır.

Mütəxəssislər bildirirlər ki, mütəmadi olaraq hər gün edilən idman antidepresant və antistress effekti verir. Belə idman dərinin yaşlanmasının da qarşısını alır.

7 dəqiqə məşqi

“The New York Times”ın məşhur 7 dəqiqə məşqi gün keçdikcə öz populyarlığını artırır. Bu məşqi evdə etmək olur və heç bir alət tələb edilmir. Yalnız bədən ağırlığından istifadə edilir. Bu məşq bədənin bütün əzələlərini hərəkətə gətirir. Cəmi 12 hərəkətdən ibarətdir və 7 dəqiqəyə tamamlanır. Hər bir hərəkəti 30 saniyə edib, 10 saniyə istirahət etmək lazımdır. Həftədə 3 dəfə təkrarlamaq tövsiyə edilir.

Publika.az-ın tabloid bölməsi “7 dəqiqə məşq”ini edə bilməyiniz üçün hərəkətlərin dəqiq göstərildiyi fotonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm