Xatirə İslam Abbas Bağırovu namus borcunu ödəməyə çağırdı
Bizi izləyin

Tabloid.az

Xatirə İslam Abbas Bağırovu namus borcunu ödəməyə çağırdı

Musiqiçi Hüseyn Məhəmmədoğlu qazandığı mərci əməkdar artist Abbas Bağırovdan ala bilmir. Publika.az-ın tabloid bölməsi xəbər verir ki, bu barədə musiqiçi "Xəzər" telekanalında qatıldığı verilişlərdən birində deyib. O, Abbas Bağırovun mərcdə ona min dollar uduzduğunu, amma indiyədək sözünə əməl etmədiyini açıqlayıb.

“Hər gün idmanla məşğul oldum və 20 kq. arıqladım. Mərc etmişdim deyə, arıqlamaqda marağım vardı. Dostum Abbas Bağırovla min dollardan mərc gəlmişdik. Mərci udsam da, Abbasdan pulumu ala bilmədim. Mərcə görə, əvvəlcədən nəzərdə tutulan müddətə 88 kilo olmalıydım. Tərəziyə çıxdım ki, 94 kiloyam. Sonradan məlum oldu ki, mən tərəziyə çıxanda o da öz ayağı ilə tərəzini sıxıb”.

Müğənni Xatirə İslam məsələyə biganə qalmayıb. O, qonaq olduğu həmin verilişdə Abbas Bağırova məsləhət verib.

“Abbas elə oğlan deyil. Mən bilirəm, bu gündən sonra o, borcunu verəcək. Abbas, qumar borcu, namus borcudur” .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm