Nemtsovun sevgilisinə qadağa: Rusiyadan çıxmaq olmaz
Bizi izləyin

Dünya

Nemtsovun sevgilisinə qadağa: Rusiyadan çıxmaq olmaz

Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun qətli zamanı onun yanında olan 23 yaşlı ukraynalı model Anna Duriskaya “Dojd” telekanalına danışıb.

Publika.az xəbər verir ki, model Boris Nemtsovu öldürən qatilin haradan peyda olduğunu görə bilməyib.

“Şam yeməyindən sonra biz Boris Nemtsovla onun evinə yollandıq. Şübhəli heç nə yox idi”, - model qeyd edib.

O, qətldən sonra polisin telefon nömrəsini qartəmizləyən maşının sürücüsündən aldığını və kömək üçün xahiş etdiyini deyib. Modelin sözlərinə görə, polis hadisə yerinə Boris Nemtsovun qətlindən təxminən 10 dəqiqə sonra gəlib. O, vəkilsiz səhərə kimi sorğu-sual edildiyini bildirib. Modelin sözlərinə görə, polis onun bütün əşyalarını yoxlayıb və telefondakı informasiyaları götürüb.

Anna Duriskaya bildirib ki, indiyə kimi Rusiya ərazisində saxlanılmasının səbəbini bilmir: “Halbuki, Rusiyadan çıxmaq hüququna malikəm. Mən heç yerə çıxa bilmirəm. Ehtimal ki, dəfnə də getməyəcəyəm”.

Boris Nemtsovun qısqanclıq zəminində öldürülməsinə gəlincə, Anna Duriskaya bu versiyanı qəbul etmədiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm