Qırmızı.az
Bakıda silahlı basqın: 1 yaralı (YENİLƏNİB)
Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən valyutadəyişmə məntəqələrindən birinə basqın olub.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, naməlum şəxslər Nəsimi rayonu Azadlıq prospekti 128 ünvanında "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın edib. Onlar məntəqənin əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Taryel Arif oğluna küt alətlə ağır bədən xəsarətləri yetiriblər. Məntəqədən 120 min dollar və 20 min manat nəğd pulu götürən şəxslər uzaqlaşıblar.
T.Abbasov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
***
Polis paytaxtda valyutadəyişmə məntəqəsinə basqınla bağlı
hərəkətə keçib.
Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata
görə, hazırda hadisə baş verən ərazidə və yaxınlıqdakı bütün
müşahidə kameraları yoxlanılır. Hadisənin yaxınlığındakı insanlar,
hadisə şahidləri dindirilib.
Cinayət işinin açılması istiqamətində əməliyyata başlanılıb. Bunun üçün xüsusi qrup yaradılıb. Hadisəni törədən şəxs, yaxud şəxslərin axtarışlarına başlanılıb. İdarədən bildirilib ki, tezliklə cinayəti törədənlər yaxalanacaqlar.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK