Əvvəl Müsavatdan, sonra Milli Şuradan getdi – İSTEFA
Bizi izləyin

Nida.az

Əvvəl Müsavatdan, sonra Milli Şuradan getdi – İSTEFA

Milli Şuranın Koordinasiya Mərkəzinin keçmiş üzvü Yeganə Hacıyeva qurumdan istefa verib.


Publika.az xəbər verir ki, Y. Hacıyeva Ümid Partiyasına yaxınlığı ilə seçilən “125”-lər siyasi klubuna qoşulub.


“Qarşıdakı parlament seçkilərində gücümü sınamaq niyyətindəyəm. Buna görə də proseslərə fərqli baxan komandada yer almaq istədim. Əgər uzun müddət olduğun yerdə nəticə yoxdursa, nəsə etməlisən. Mən də “125”-lər siyasi klubunda təmsil olunmaq qərarına gəldim”, - deyə o, istefasının səbəblərini belə izah edib.


Y. Hacıyeva bu il keçiriləcək parlament seçkilərinə 26 saylı Sabunçu seçki dairəsindən namizədliyini irəli sürmək fikrindədir.


Qeyd edək ki, Y. Hacıyeva vaxtilə Müsavat partiyasının üzvü olub. İsa Qəmbərin xarici məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. 2013-cü ildə Müsavatdan istefa verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm