İdman
“Betmen”i cəzalandırdılar - VİDEO
Almaniya Bundesliqasının 23-cü turunda Dortmund "Borussiya"nın "Şalke" üzərindəki qələbəsinə (3:0) vurduğu bir qolla töhvə verən Pyer-Emerik Obameyanq sevincini maraqlı şəkildə büruzə verib.
Publika.az xəbər verir ki, afrikalı futbolçu matçın 78-ci dəqiqəsində hesabı açdıqdan sonra qol sevincini meydandan kənarda hazır saxladığı Betmen “maska”sını taxaraq qeyd edib. Futbolçunun komanda yoldaşı Marko Roys da öz növbəsində ona qoşularaq xəyali qəhrəmanın dostu Robinin “maska”sını taxıb. Matçın baş hakimi Obameyanqa etdiyi hərəkətə görə sarı vərəqə göstərib.
Oyundan sonra fikirlərini bildirən dortmundluların baş məşqçisi Yürgen Klopp qabonlu futbolçunun hərəkətindən razı qalmayıb:
"Deyəsən, Obameyanq bu matçda qol vuracağından əmin olduğu üçün oyundan öncə həmin maskanı meydanın kənarına qoymuşdu. Ancaq etdiyi bu hərəkət ona sarı vərəqə "qazandırdı". Onunla bu barədə ayrıca söhbət edəcəm".
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO