Yaz və yay mövsümünün dəb proqnozu - FOTOLAR
Bizi izləyin

Dəb

Yaz və yay mövsümünün dəb proqnozu - FOTOLAR

Baharın gəlməsinə bir neçə gün qaldı. Çoxdan gözlənilən günəşin isidici şüaları ağacların təsvirəgəlməz ətrini ətrafa yayacaq, hər tərəfi parlaq rənglər bürüyəcək... Lakin heç kim bu gözəlliyin gəlməsinə sevinmir. Manatın devalvasiyası, üstəgəl soyuq və mənasız hava bahar haqqında düşünməyə mane olur. Baharın gözəlliyi haqqında düşünmək fevral ayının son günlərində yaşananların fonunda maraqsız görünə bilər, amma mən optimistliyi itirməməyi təklif edirəm. Çünki ən böyük uğurlar məhz optimistliyin və səbrin sayəsində əldə edilir. Həm də etiraf etmək lazımdır ki, pessimist xanımlar o qədər də cəlbedici görünmürlər.

Əsas məsələdən çox uzaqlaşmadan deyim ki, bugünkü mövzumuz yaz və yay mövsümünün dəb proqnozudur. Xoşagəlməz hadisələrə baxmayaraq, modapərəst xanımların bu yazını həsrətlə gözlədiyini dəqiq bilirəm. Gəlin, bu yaz dizaynerlərin təklif etdiyi dəb tendensiyalarını birlikdə nəzərdən keçirək...

Bahar ayının gəlişi uğursuzluqla yadda qalsa da, yaz qarderobu əlvan və olduqca zəngindir. Göy dəniz rəngi, qaraçı paltarları, saçaqlar, tor parçalar və.s yaz və yay mövsümündə ən çox diqqət yetirməli olduğumuz məqamlardır.

Publika.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə yazın dəb tendensiyalarını təqdim edirik:

Göy

Hərbi dəniz donanmasının dərin və dolğun göy rəngi, o cümlədən sevimli cinslər yaz və yay mövsümünün əsas palitrası olacaq. Dizaynerlər bu mövsüm dənizin və göyün bütün çalarlarından ilham alıblar və bu, çox gözəldir. Göyün yaqut rəngi ilə vəhdəti çox maraqlı görünür.

Lanvin, Stella McCartney

Louis Vuitton, Michael Kors

Trussardi, Jil Sander

Qırmızı güllər

Demək olar ki, bütün dizaynerlərin yaz-yay kolleksiyalarına daxil olan çiçək printləri mövsümün əsas dəb tendensiyasıları arasında qərarlaşıb. Lakin bu təsvir 2015-ci ildə zərifliyini bir qədər itirib. Yaz və yay aylarında dizaynerlər daha böyük və bir qədər dramatik çiçək printləri təklif edirlər.

Dolce & Gabbana, Céline

Hərbi forma

Xüsusilə xaki yaşılı yeni mövsümdə artıq klassikləşən hərbi siluetlər, iri düymələr, bomber gödəkcələr, bir sözlə, militari üslubunun əsas elementləri yenidən aktual olacaq. Hərbi formada paltolar eleqant və ipək paltarlarla çox yaxşı görünürlər. "Marc Jacobs" moda evi yaz-yaz kolleksiyasında məhz bu tərzə üstünlük verib.

Marc Jacobs, Rodarte

Cins dəstlər

Standart cins gödəkcələr və cins dəstləri bu mövsüm darıxdırıcı hesab olunmur. Dizaynerlər çətin və qəliz dəstlər deyil, bu mövsüm cins kombinezonlar, cins köynək və şalvarları heç bir əlavə detallar olmadan təklif edir.

Stella McCartney, Chloé

Fendi, Michael Kors

Tods, Cédric Charlier

Kiçik damalar

Retro stili ilə asossasiya olunan kiçik damalı paltarlar indi çox dəbdədir. Bu cür donlar əyində çox nəcib görünürlər. Dama naxışını bahar və yay aylarında biz hətta ziyafət gecələrində görə biləcəyik.

Altuzarra, Bottega Veneta

Qısa və uzun ağ donlar

Qısa qara paltarları heç kim ləğv etməyib, lakin ağ donlar mövsümün havasına uyğun olduğu üçün daha çox aktualdır. Lakin razılaşaq ki, ağ donlar qaralmış dəridə daha gözəl görünürlər. Dizaynerlər yaz aylarında istənilən zövqə xitab edən yığcam, sadə, torlu və ya çox cəsarətli uzunluqda olan variantlar təklif edirlər.

Louis Vuitton, Chanel

Christian Dior, Calvin Klein Collection

Hermès, Valentino

Dəri paltolar

Dəri paltolar yaz aylarının əsas trendlərindən biri olmağa iddialıdır. Dərilər ənənəvi olaraq tünd rənglərdə deyil, daha yumşaq, fövqəladə çalarlarda təklif olunur. Bu rənglər əyində çox xoş görünür.

Prada, Trussardi

Miu Miu, Proenza Schouler

Qaraçı üslubu

Büzməli, qat-qat yubkalar, müxtəlif etnik naxışlar, gül printləri və qaraçı xalqının irsi ehtirası geyimlərin üzərinə köçürülüb. Bu cür donlarda yay axşamları daha əyləncəli və şən keçəcək.

Valentino, Roberto Cavalli

Bel dekoltesi

Dizaynerlər bizə bir daha xatırladır ki, dekolte – çoxşaxəli anlayışdır. Məsələn, gələn mövsüm biz bel və ombalarda bu nümunələrlə tanış olacağıq. Pencək və bleyzerlərin belindəki dekoltelər maskulin tərzinin ciddiliyinə xələl gətirmədən xanımları şəhvani göstərəcək.

Barbara Bui, Balmain

70-ci illərin ruhunda ziyafət paltarları

70-ci illərdə belə astarsız geyimlərdə Keyt Buş problemsiz-filansız küçələrdə böyük məmnuniyyətlə gəzirdi. Markaların təklif etdiyi variantlar günəşdən yandırılmış dəridə, həm də şəhərdə keçirilən musiqi festivalları üçün gözəl seçimdir.

Rochas, Vera Wang

Tommy Hilfiger, Valentino

Zamşa

Zamşa parçalar da sərin yaz axşamlarında xanımları bəzəməyə iddialıdır. Gödəkcələr üzərində dayana bilərsiniz, lakin zamşa kombinezon və ya paltar da ola bilər.

Michael Kors, Chanel

Trussardi, Derek Lam

Qızılı palto

Qədim Misir şahzadələrini xatırladan qızılı paltolar sizin qarderobunuzun ən parlaq əşyası ola bilər. Lakin bu, əsl riskdir. Onu düzgün geyimlə uyğunlaşdırmaq qəliz məsələdir. Ehtiyatlı olun ki, bu parıltı, sizin əlinizi yandırmasın...

Rochas, Yohji Yamamoto

Saçaqlar

70-ci illərin kovboy və hippi stilini xatırladan saçaqlar öz hakimiyyətini davam etdirəcək. Lakin dizaynerlər bu dəfə daha müasir saçaqlar təklif edirlər. Saçaqlı yubkalar adi köynəklə çox seksual görünürlər. Saçaq detalı həm gecə, həm də ki, gündüz geyimlərində ideal birləşir.

Giambattista Valli, Proenza Schouler

Çiyin dekoltesi

Çılpaq çiyin dekoltesi qadını seksual göstərən konkret variantdır, nəinki dərin yarıqlar... Ən dəbli variantı XVIII əsrin saray xanımlarının paltarlarını xatırladır: kəskin dairəyə alınmış xətt, uzun qolu və çox yığcam fason.

Balenciga, Haider Ackermann

Şəffaf axşam yubkaları

Bu yubkalar o qədər gözəldir ki, şəffaflıq heç də itələyici görünmür. Lakin stilistlər ağını çıxartmamaq üçün bu cür yubkaları daha sakit, demək olar ki, cansıxıcı köynəklə uzlaşdırmağı təklif edirlər.

Michael Kors, Valentino

Yumşaq parıltı

Yumşaq parıltı, zərxara parçalar və işləmələr toxuculuq sahəsinin yüksək texnoloji araşdırmalarının nəticəsidir. Belə materiallardan olan kombinezonlar və paltarlar kosmik dərəcədə gözəl görünür.

Calvin Klein Collection, Jil Sander

Palto-xalat

Yerə qədər uzanan ipək xalatlar pijama sevənlərin yeni dəb mərhələsi olacaq. İndi onları təkcə ulduzlar deyil, podiumlarda gözəl modellər də nümayiş etdirirlər. Dizaynerlər gecə ziyafətləri üçün belə smokinq siluetləri yaradıblar.

Haider Ackermann, Thakoon

Sarı

Günəşin rəngi yay və isti ilə assosiasiya olunur, "Celine", "Chloe" və digər markalar isti yay rənglərinə boyanıblar. Sarı rəng xüsusən də uzun sarafanlarda çox effektli görünür.

Salvatore Ferragamo, Chloé

J.W. Anderson, Céline

Paltar-köynək

Rahat yay paltar-köynəkləri iki yerə bölünür. Dizaynerlərin bir hissəsi paltar-köynəklərin kifayət qədər sakit rənglərdə və yığcam siluetlərdə, digərləri isə naxışlarda çətin və mürəkkəb dekorda olmasını təkid edirlər. İstənilən halda hər iki variant ən yüksək diqqətə layiqdir.

Lacoste, MM6 Martin Margiela

Tüklər və lələklər

Deyəsən, dizaynerlər yaz-yay kolleksiyasının yaradılması üçün cənnət quşlarının lələklərini sifariş veriblər. Lələklər bu mövsüm bütün mümkün stilləri bəzəyib.

Erdem, Fendi

Torlar

Çılpaq bədənə geynilən torlar bu mövsümün ən cəzbedici əşyasıdır, buna görə də ən böyük fitnəkarlıqdır desək yanılmarıq. Bəzi brendlər bir az təvazökar olmaq qərarına gəlib və qeyri-şəffaf astarlı variantlarını təklif ediblər.

Christian Dior, Proenza Schouler

Dəri qoxulu yubkalar

İki hissəyə bölünmüş aşırmalı, dəri qoxusu gələn qələm ətəklər dəbə intellektual yanaşan pərəstişkarların xoşuna gələcək. Zahirən sadə görünən dəri ətəklərin bu fasonu sanki müasir incəsənət əsərinə bənzəyir.

Jil Sander, Hermès

Qladiator səndəlləri

Kişilər dizə qədər uzanan qladiator səndəllərini heç sevməsə də, dizaynerlər hər il mütəmadi olaraq bu ayaqqabı modelinə öz kolleksiyalarında yer verirlər. Roma imperiyasının ənənəvi ayaqqabılarını bəzi markalar hətta yay ofis geyimləri ilə təklif edirlər və əla uzlaşdırıblar.

Valentino, Erdem

mənbə: vogue.ru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm