Qatillərin istifadə etdiyi avtomobil tapıldı
Bizi izləyin

Dünya

Qatillərin istifadə etdiyi avtomobil tapıldı

Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsovun qatillərinin istifadə etdiyi avtomobil aşkar edilib.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, REN TV telekanalı avtomobilin görüntülərini yayıb.

Telekanalın saytındakı materialda deyilir ki, Ukraynada istehsal olunan “ZAZ Chance” avtomobili Moskva ətrafında qeydə alınıb. Artıq avtomobilin sahibəsi də dindirilib. Amma o, bildirib ki, avtomobili çoxdan satıb.

28 fevral tarixində Moskva metrosunun “Smolensk” stansiyasının ətrafında yerləşən evlərdən birinin həyətində Nemtsovun qatillərinin istifadə etdiyi güman edilən avtomobil aşkar olunub. Tapılan avtomobil İnquşetiya Respublikasının nömrəsinin olduğu ağ rəngli “Lada Priora” markalı avtomobil idi. Sonra aydın olub ki, nə avtomobilin sahibinin, nə nəqliyyat vasitəsinin cinayətlə heç bir əlaqəsi yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm