Məhbus pilota Milli qəhrəman adı verildi
Bizi izləyin

Dünya

Məhbus pilota Milli qəhrəman adı verildi

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savçenkoya Milli qəhrəman adl verilməsi barədə fərman imzalayıb.

Publika.az-ın məlumatına görə, Poroşenko onu qələbənin simvolu adlandırıb.

Savçenko ötən ilin iyulunda Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülərək Rusiyaya verilib. O, Donbassda həlak olan iki Rusiya jurnalistinin ölümündə ittiham olunur.

Moskva məhkəmsi fevralın 10-da onun həbs müddətini mayın 13-nə qədər uzadıb. Savçenko 80 gündür ki, həbsxanada aclıq aksiyası keçirir və səhhəti pisləşib.

Beynəlxalq aləm dəfələrlə onu azad etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm