"Rusiya növbəti iqtisadi sanksiyalarla üzləşəcək" - ABŞ yenə hədələdi
Bizi izləyin

Dünya

"Rusiya növbəti iqtisadi sanksiyalarla üzləşəcək" - ABŞ yenə hədələdi

“Əgər Ukraynanın şərqində atəşkəs və sülhlə bağlı razılaşma yerinə yetirilməsə, Rusiya növbəti iqtisadi sanksiyalarla üzləşəcək”.

Publika.az-ın məlumatına görə, bunu ABŞ Dövlət katibi Con Kerri martın 2-də Cenevrədə bəyan edib. Kerri BMT İnsan Haqları Şurasının toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrovla danışıqlardan sonra bu razılaşmanın yaxın saatlarda tam həyəta keçiriləcəyinə ümidlə yanaşdığını bildirib.

Amma Kerri qeyd edib ki, əgər bu baş verməsə Rusiyaya qarşı növbəti addımlar atılacaq. O həmçinin Vaşinqtonla Moskvanın daha yaxından əməkdaşlığa dönəcəklərinə ümidlə yanaşdığını qeyd edib.

BMT-nin martın 2-də yaydığı son məlumata görə ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm