Polis səfili güllələdi - VİDEO
Bizi izləyin

Dünya

Polis səfili güllələdi - VİDEO

ABŞ-da dinc sakinlərə qarşı növbəti polis zorakılığı qeydə alınıb.

Publika.az xəbər verir ki, Los-Anceles şəhərində polis bir evsizi küçənin ortasında vuraraq öldürüb.

Məlumata görə, bir oğurluq xəbəri ilə hadisə yerinə gedən polislərlə küçədə qurduğu çadırda yaşayan evsiz adam arasında mübahisə yaranıb. Hadisənin şahidləri həmin şəxsin polisləri vurmağa çalışdığını və polislərdən birinin “tapançamı aldı” deyərək qışqırmasından sonra silah səslərinin eşidildiyini söyləyib.

Yaralanan evsiz xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səlahiyyətlilər hadisənin baş vermə səbəbi və vurulan şəxsin kimliyi haqqında məlumat verməyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm