Əyləncə mərkəzinə buraxılmadığı üçün 10 nəfəri vurdu - VİDEO
Bizi izləyin

Dünya

Əyləncə mərkəzinə buraxılmadığı üçün 10 nəfəri vurdu - VİDEO

İzmir vilayətinin Konak mahalında sərxoş olduğu üçün əyləncə mərkəzinə buraxılmayan 23 yaşındakı Oğuzhan Ufak bunun qisasını çox ağır şəkildə alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, evindən götürdüyü pnevmatik tüfənglə əyləncə məkanındakı insanlara atəş açıb.

Ətrafa təsadüfi açılan atəş nəticəsində aralarında müştərilərin də olduğu 10 nəfər yaralanıb. Oğuzhan Ufak polis tərəfindən saxlanılıb. Əyləncə mərkəzindəki qorxu dolu anlar mərkəzin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm