Suriyaya gedən azərbaycanlı qadın 14 yaşlı oğlunu qurban verdi
Bizi izləyin

Nida.az

Suriyaya gedən azərbaycanlı qadın 14 yaşlı oğlunu qurban verdi

Yerli mənbələr bildirirlər ki, qadın Suriyaya gedərkən övladlarını həyat yoldaşından gizlətmək üçün harasa qoyduğu deyilirdi. Onun həyat yoldaşı Rasim arvadının əqidəsini qəbul etmirmiş və buna qarşı çıxırmış.


Suriyaya döyüşməyə gedən azərbaycanlı qadının özü ilə apardığı övladlarından biri döyüşlərdə öldürülüb.
Publika.Az –n əldə etdiyi məlumata görə, Xaçmaz rayonun Armudpadar kənd sakini Çiçək adlı qadın (soyadı açıqlanmır-red) bir neçə ay öncə Suriyaya gedib. Gedərkən iki övladını da özü ilə aparıb.

Yerli mənbələr bildirirlər ki, qadın Suriyaya gedərkən övladlarını həyat yoldaşından gizlətmək üçün harasa qoyduğu deyilirdi. Onun həyat yoldaşı Rasim arvadının əqidəsini qəbul etmirmiş və buna qarşı çıxırmış. Rasim həyat yoldaşı getdikdən sonra övladlarını axtarsa da tapmayıb. Sonradan məlum olub ki, Çiçək övladlarını da özü ilə birlikdə Suriyaya aparıb. Dünən Suriyadan gələn xəbərə görə, Çiçəyin özü ilə apardığı 14 yaşlı oğlu Nurlan öldürülüb.

“Əvvəl uşağın ağır yaralandığı deyilirdi, dünən xəbər gəldi ki, ölüb. Nurlan da döyüşlərdə iştirak edirmiş. Uşağı Suriyada basdıracaqlar”-deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, Çiçək Türkiyə vasitəsilə Suriyaya keçib. Onun sözlərinə görə, qadın Suriyaya bacısının arxasınca gedib: “Onun bacısı və bacısının həyat yoldaşı Suriyadadırlar. Onlar lap əvvəldən ora gediblər. Bacısından sonra Çiçək də onların yanına gedib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm