Amerikalı konqresmen Xocalı faciəsini pislədi – BƏYANAT
Bizi izləyin

Nida.az

Amerikalı konqresmen Xocalı faciəsini pislədi – BƏYANAT

ABŞ Konqresinin Şimali Karolina ştatından olan üzvü Vircinya Foks Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib.

Publika.az-ın məlumatına görə, konqresmen 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda 613 nəfərin qətlə yetirildiyini xatırladıb.

Konqres üzvü Xocalı Faciəsinin qurbanlarının anılmasının vacib olduğunu deyib.

Vircinya Foks Azərbaycanın ABŞ-ın dəyərli və etibarlı müttəfiqi olduğunu bəyan edib və bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-a əhəmiyyətli dəstək verdiyini vurğulayıb.

Eyni zamanda, Foks öz bəyanatında çox qısa müddət ərzində Azərbaycanın ciddi iqtisadi uğurlar qazandığını da söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm