İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib.


Publika.az-ın “AZƏRTAC”-a istinadən verdiyi məlumata görə, məktubda deyilir:

Hörmətli cənab Prezident,


Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.


Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm