Nida.az
Orxan Qafarlı: “Cənubi Qafqazda sərhədləri dəyişə biləcək güc Rusiyadır” – Müsahibə
Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı Publika.az-a müsahibəsində son geosiyasi prosesləri şərh edir.
– Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlunun Azərbaycana səfərindən sonra Türkiyə mətbuatında viza
məsələsi gündəmə gəldi. Siz dünən axşam “TRT Türk” telekanalında
yayımlanan “Manşetdən” xəbər proqramında bu məsələ ilə bağlı
danışdınız. Bu məsələ haqda nə deyə bilərsiniz?
– Türkiyə vətəndaşları arasında
Azərbaycanın vizanı qaldırmaması məsələsinə görə mənfi bir fikir
formalaşmaqdadır. Türk insanında belə bir fikir var ki, biz
Azərbaycana bu qədər kömək etdiyimiz halda Bakı bizim vətəndaşlara
qarşı vizanı qaldırmır. Bu, əlbəttə, önəmli məsələdir. Sadə insana
anlatmaq çətindir. Amma bizim İran qonşumuz var. Onların məkrli
niyyətləri var. Əgər Türkiyə ilə viza rejimini qaldırsaq, gərək
İranla da edək. Türkiyə mətbuatında bu mövzunun yaxın günlərdə
gündəm olacağını hesab edirəm.
– ABŞ və Rusiyanın Ukraynadan sonra Cənubi
Qafqazda maraqlarının toqquşması haqda fikirlər var. Təxminən bir
neçə həftə öncə Vaşinqtonda Cənubi Qafqazla bağlı konfrans
keçirildi və ABŞ-ın regiondakı maraqları vurğulandı. Daha sonra
Dövlət katibinin köməkçisi Viktoriya Nuland regiona səfər etdi. Bu
savaşı necə qiymətləndirirsiniz və region ölkələrinə təsiri necə
olacaq?
– Bəzən Azərbaycan mətbuatı bir
toplantını, yaxud hansısa ABŞ nümayəndəsinin ziyarətini qlobal
hadisə olaraq göstərir. Lakin reallıqda bu cür tədbirlər hər hansı
ciddi əhəmiyyətli mesaj daşımır. Mən ABŞ-da keçirilən hər hansı
tədbirlərin ABŞ xarici siyasətinə ciddi təsir edəcəyini düşünmürəm.
Amerika xarici siyasətinin gələcək fəaliyyətindən xəbərdar olmaq
üçün ABŞ Milli Təhlükəsizlik Strategiyası adlı sənədə baxmaq
lazımdır. Bu sənəddə post-sovet məkanında yalnız Ukrayna qeyd
olunub və yeddi dəfə Rusiya təcavüzkar ölkə olaraq ifadə edilib. On
bir dəfə İŞİD məsələsinə toxunulub. Yəni bu deməyə əsas verir ki,
ABŞ yaxın gələcəkdə Yaxın Şərqdə İŞİD-lə mübarizə və post-sovet
coğrafiyasında Rusiya ilə rəqabət siyasəti apararaq Ukrayna
böhranını həll etməyə, daha doğrusu Şərqi Avropada strateji
mövqeyini təslim etməməyə çalışacaq.
Cənubu Qafqaz xeyli dərəcədə Transqafqaz regionunda önəmli ərazidir. Amerika bu regionda hələ ki, mövcud status-kvonun davam etməsində maraqlıdır. Azərbaycan və Gürcüstan bu gün Avropa enerji təhlükəsizliyi baxımından önəmli rol oynayır. Bu baxımdan, regionda hər hansı siyasi və iqtisadi böhran Cənubu Qaz Dəhlizini təhlükə altına sala bilər.
Viktoriya Nulandın Azərbaycana səfəri isə daha çox yerli siyasətçilərdən regiondakı vəziyyət haqda məlumat almaq xarakteri daşıyırdı.
– Siz bu günlərdə ABŞ-ın post-sovet məkanında
nüfuzunu itirdiyi haqda danışdınız. Necə düşünürsünüz, bu “iflasın”
qarşısını almaq üçün Vaşinqton hansı addımlara
gedəcək?
– Həqiqətən də, ABŞ və Avropa Birliyi
2008-ci ildə Gürcüstan-Rusiya arasından yaşanan yeddi günlük
savaşdan sonra bir müttəfiq olaraq etibarını itirib. O zaman
düşünürdük ki, Qərb siyasi mərkəzləri bu savaşdan dərs alacaq və
daha uzun zamana dayanan strategiya formalaşdıracaq. Amma daha
sonra bir daha gördük ki, Ukrayna hadisələrində Qərb yalnız sözdə
müttəfiqdir. Əməldə yetərli qədər dost deyil. Nə Ukraynanın
parçalanmasını saxlaya bildi, nə də zamanında Gürcüstanın. Bunun
üçün Azərbaycan daxil olmaqla bütün post-sovet ölkələri Qərbə
inanıb Rusiyaya qarşı getməyin ağılsızlıq olduğuna inandılar. Bu
məsələdə ən uzaq görən iqtidar Azərbaycan oldu. Öz xarici
siyasətinin Rusiyaya qarşı nə qədər real olduğunu göstərə bildi. Bu
gün balanslı siyasəti tənqid edən də var. Mən bu insanlara demaqoq
gözü ilə baxıram.
– Qərb – Rusiya qarşıdurması Cənubi Qafqaz
regionundakı münaqişələrə, xüsusilə Dağlıq Qarabağa təsiri necə
olacaq?
– Ukraynada yaşanan savaşın Cənubu
Qafqaza təsirini bərabər şəkildə dəyərləndirmək olar. Birincisi, bu
savaş göstərdi ki, post-sovet məkanında Rusiya hələ də geopolitik
kontekstdə şəkilləndirici gücdür. Qərb – Avropa Birliyi və ABŞ
regionda yetərli qədər etibar olunacaq partnyor deyillər. Yəni bu
ölkələrin regionda yalnız proseslərə təsir etmək gücləri var.
Ölkələrin sərhədlərini dəyişə biləcək güc Rusiyadır. Bu geopolitik
faktor Cənubu Qafqaz regionunda ölkələr üçün açıq şəkildə bəlli
oldu.
İkincisi, Ukrayna hadisələri bir daha göstərdi ki, hər ölkə sağlam
şəkildə ordusunu və iqtisadiyyatını qurmasa, o heç bir zaman öz
haqlarını müdafiə edə bilməyəcək. Bu faktor xüsusilə Ukraynada
həlledici rol oynadı. Bəlli oldu ki, Ukrayna ordusu son 20 ildə
formalaşa bilməyib.
– Ermənistan – Azərbaycan cəbhə xəttində
gərginlik mütəmadi olaraq davam edir. Siz Qarabağda müharibə
ehtimalını necə görürsünüz?
– Qarabağda yenidən savaşın alovlanması
indiki beynəlxalq münasibətlərin konyukturunda mümkün görünmür.
Bunun bir neçə səbəbi var. Böyük dövlətlər – AB, ABŞ və Rusiya yeni
bir konflikt ocağının formalaşmasına imkan verməzlər. Bununla
yanaşı, Azərbaycan prezidentinin hər zaman qeyd etdiyi kimi, bu
problemin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ən son
önəmli səbəb, bu gün Azərbaycanın Avropa enerji təhlükəsizliyində
önəmli rolu olan ölkəyə çevrilməsidir. Bu o deməkdir ki, BTC, sonra
Cənub Qaz Dəhlizi ilə gedəcək qaz Avropa enerji təhlükəsizliyində
önəmli rol oynayır. Bu səbəbdən regionda başlayacaq hər hansı savaş
Azərbaycanın enerji layihələrini və Avropanın enerji
təhlükəsizliyini zərbə altına qoyacaq. Bunun üçün yaxın gələcəkdə
müharibə ehtimalı sıfıra bərabərdir.
– Maraqlıdır ki, 24 apreldə ermənilərin qondarma
“erməni soyqırımı”nın 100 illiyi günü Çanaqqalada anım mərasimi
keçiriləcək. Ərdoğan Azərbaycan prezidentini də həmin mərasimə
dəvət edib. Belə çıxır ki, Ankara və Bakı erməni məsələsinə qarşı
birgə mübarizəyə qərar verib?
– Türkiyə prezidentinin Azərbaycan
səfərində daha bir önəmli açıqlama iki ölkənin 2015-ci ildə
qondarma “erməni soyqırımı” iddialarına qarşı birlikdə mübarizə
aparacaqları ilə bağlı idi. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə
arasında 2015-ci ilə birlikdə hazırlıq planı olacaq. İki ölkə
arasında belə bir razılığın əldə edilməsi önəmlidir. İkinci önəmli
məsələ Türkiyənin bir daha Azərbaycan rəhbərliyinə Ermənistanla
sərhədlərin açılmayacağı zəmanətinin verilməsi oldu. Bu gün iki
ölkə arasında bu məsələ bir daha mövqelərin aydınlaşması baxımından
önəmlidir. Xüsusilə son dönəm yaranmış inamsızlığın ortadan
qaldırılması baxımından da bu addım çox mühüm idi.
Türkiyə və Ermənistan arasında sərhədlərin açılması isə düşünmürəm ki, hələ də Ankaranın gündəmində olan məsələsidir. Azərbaycan rəhbərliyi ilə bu məsələ ətrafında hər hansı anlaşmanın baş tutduğunu indiki məqamda demək tezdir. Azərbaycan rəhbərliyi Ermənistanla diplomatik münasibətlərin yenidən bərpa olunmasına istənilən halda mənfi baxacaq. Lakin eyni zamanda Türkiyənin regionda aktiv rol oynaması baxımından bu addım önəmli hesab olunur.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK