Azərbaycanlı aparıcı 3 arvadlı babasından danışdı
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aparıcı 3 arvadlı babasından danışdı

İlk televiziya diktoru Natəvan Hacıyeva ATV telekanalına ailə sirlərini açıqlayıb. O, babasının nənəsini aldatması haqqında danışıb.

“Hər ailədə ögeylik var. Mən babamdan danışacağam. Babam 3 dəfə ailə qurub. İlk həyat yoldaşından 12, ikincidən 3 və üçüncü həyat yoldaşından 1 uşağı olub. Babam bir gün ilk arvadına, yəni, mənim nənəmə deyib ki, çox əziyyət çəkirsən. İstəyirəm sənə qulluqçu gətirim. Qulluqçu da gələndə hamilə idi. Sonradan biliblər ki, bu qulluqçu yox, babamdan hamilə olan qadındır. Bu iki qadın və doğulan bütün uşaqlar dost oldular. Hətta ikinci arvadın uşaqları nənəmə ana deyirdilər. Babam iki qadının dost olduğunu görəndə yəhudi millətindən olan üçüncü arvadı alıb. Ondan olan oğlan bir gün anama xala dedi. Anam da qayıtdı ki, mən sənin xalan deyiləm. Mən sənin bacınam. Ögey bacın”.

Natəvan xanım hesab edir ki, ailədəki mehribançılığa səbəb babasının birinci arvadı olub: ”Hətta babamdan da soruşdum ki, sən necə bu qədər arvadla dolanırsan? Cavab verdi ki, bir gün birinin, o biri gün başqasının yanına gedirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm