Bakı Baş Gömrük İdarəsi: “Yazılanlar tamamilə ağ yalandır”
Bizi izləyin

Qırmızı.az

Bakı Baş Gömrük İdarəsi: “Yazılanlar tamamilə ağ yalandır”

Bu gün “Qafqazinfo.az" saytında Bakı Baş Gömrük İdarəsinə silahlı basqın edilməsi barədə xəbər yayılıb.

Məlumatda qeyd olunur ki, fevralın 28-i saat 22 radələrində Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən Gömrük Komitəsinin inzibati ofisinə basqın olub.

Basqın zamanı bir nəfər gömrük əməkdaşı yaralanıb və idarədən 102 min manat məbləğində pul aparılıb.

Məlumatı dəqiqləşdirmək üçün Publika.az Bakı Baş Gömrük İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən Publika.az-a bildirilib ki, mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Bakı Baş Gömrük İdarəsində hər hansı silahlı insident baş verməyib. İdarənin əməkdaşının yaralanması və basqınçıların idarədən pul aparması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Yazılanlar tamamilə ağ yalandır”,- deyə bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm