İqtisadi gündəm
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8
Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan
qadınlarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe,
bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin
mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi
nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi
kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir
səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq
nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik
mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu
günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.
Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz
istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan
xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz.
Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni
fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi
müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının
möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da
zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki,
müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət
quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz
vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət,
vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük
töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi,
sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da
gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var
qüvvənizlə çalışacaqsınız.
Bayramınız mübarək olsun!
AZƏRTAC
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?