Abdullah Gül siyasətə qayıdır - İDDİA
Bizi izləyin

Dünya

Abdullah Gül siyasətə qayıdır - İDDİA

Türkiyənin 11-ci prezidenti Abdullah Gül parlament seçkilərində Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd ola bilər.

Publika.az “Habertürk” saytına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Abdullah Gül arasında bu barədə telefon söhbəti olub.

Onların yaxın günlərdə görüşəcəyi bildirilir. Məlumata görə, Abdullah Gül yayda keçiriləcək parlament seçkilərində İstanbulun 1-ci bölgəsindən AKP-nin namizədi olacaq.

Qeyd edək ki, AKP-nin ilkin namizədlər siyahısı aprelin 14-də açıqlanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm