Neft bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Neft bahalaşdı

Dünya bazarlarında neftin qiyməti qalxıb.

Publika.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 60,80 dollara çatıb.

Təhlilçilərin fikrincə, dolların gücləndiyi və İranla Qərb arasında nüvə razılaşmasının yaxınlaşdığı bir şəraitdə bu artım müvəqqəti ola bilər.

Dolların güclü olması neftin qiyməti üçün neqativ faktor sayılır, çünki bu, başqa valyutalara malik alıcıların xam neftə tələbatını azaldır.

Bundan başqa, analitiklər neft qiymətlərinin 25 sent qalxmasına səbəb Liviya və İraqdan neft ixracında yaranan fasilələrin olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm