Yanukoviçin “ailəsi”nə Avropadan bəd xəbər
Bizi izləyin

Dünya

Yanukoviçin “ailəsi”nə Avropadan bəd xəbər

Avropa Birliyi Şurası Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafına qarşı ötən il tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti bildirib.

“Avropa Birliyi Şurası məhdudlaşdırıcı ölçülərin müddətini uzatdı. Bunlar maliyyə aktivlərinin dondurulması və Ukraynanın qanunsuz mənimsənilən dövlət vəsaitlərinin qaytarılmasına yönəldilib”, - xəbərdə deyilir.

Qeyd edilir ki, rəsmi məlumat martın 6-da Avropa Birliyinin jurnalında dərc ediləcək.

Xatırladaq ki, Avropa Birliyi 5 mart 2014-cü ildə Ukraynanın 18 yüksək vəzifəli keçmiş məmurunun aktivlərini dondurub və viza qadağaları tətbiq edib. Siyahıya Viktor Yanukoviç başçılıq edirdi. Sanksiyaların müddəti bir il idi. Ukraynalı məmurlar dövlət mülkiyyətini qanunsuz əldə etməkdə ittiham olunub.

Siyahıda keçmiş prezidentdən başqa keçmiş baş nazir Nikolay Azarov, sabiq prezidentin oğlu Aleksandr Yanukoviç, sabiq daxili işlər naziri Vitali Zaxarçenko, sabiq baş prokuror Viktor Pşonka, prezident administrasiyası başçısının keçmiş birinci müavini Andrey Portnov, Təhlükəsizlik Xidmətinin sabiq sədri Aleksandr Yakimenko, sabiq ədliyyə naziri Yelena Lukaş yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm