Bakıda yanğın: 1 nəfər xəsarət aldı, 20 nəfər təxliyyə olundu
Bizi izləyin

Qırmızı.az

Bakıda yanğın: 1 nəfər xəsarət aldı, 20 nəfər təxliyyə olundu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər xəsarət alıb, 20 nəfər təxliyyə olunub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm